Almaniyada hökumətə inam ən aşağı həddə düşdü



 

Almaniyada hakim koalisiyanın - Almaniya Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) reytinqi aşağı düşməkdə davam edir və hazırda cəmi 29% təşkil edir.

SeherXeber.org xəbər verir ki, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri sübut edir.

Qeyd olunur ki, bu, koalisiyanın 2021-ci ildə Almaniyada hakimiyyətə gəlişindən bəri INSA tərəfindən qeydə alınan ən aşağı göstəricidir.

Respondentlərin yalnız 15%-i SPD-yə səs verməyə hazırdır, 10%-i Yaşılları dəstəkləyir. FDP-nin reytinqi isə cəmi 4%-dir.

Partiyaların reytinqində birinci yeri hələ də 31% səslə Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar bloku tutur. İkinci yerdə respondentlərin 19%-nin dəstəklədikləri Almaniya üçün Alternativdir (AfD).(oxu.az)