GTA 6-nın dəqiq buraxılış tarixi məlum oldu



 

"Grand Theft Auto VI"nın buraxılış tarixi qısa müddət ərzində IMDb portalında görünüb, lakin bir müddət sonra silinib.

SeherXeber.org xəbər verir ki, Reddit forumunun istifadəçiləri yayılan məlumatlara diqqət çəkiblər.

Netizenlər, dünyanın ən böyük film məlumat bazası olan IMDb-də oyunun buraxılış tarixi də daxil olmaqla, GTA 6 haqqında məlumatların yer aldığı səhifənin olduğunu diqqətə çatdırıblar - 27 oktyabr 2025-ci il.

Bu məlumat ortaya çıxandan qısa müddət sonra istifadəçilərin vaxtından əvvəl açıqlama kimi qəbul etdikləri IMDb-dən silinib. Bundan əlavə "Take-Two" öz maliyyə hesabatında oyunun 2025-ci ilin payızında çıxacağını təsdiqləyib.

Həmçinin, dərc edildikdən qısa müddət sonra IMDb-dən GTA səhifəsinin skrinşotu "r/GTA6" subredditinin moderatorları tərəfindən "Reddit" forumundan silinib. Bəzi istifadəçilər bunu tərtibatçıların sızma ilə belə mübarizə apardıqlarının başqa bir sübutu hesab ediblər.

"Grand Theft Auto VI"nın buraxılışı "PlayStation 5" və "Xbox Series X/S" konsolları üçün 2025-ci ilin payızına planlaşdırılıb.(Publika.az)