İş müsahibəsində geyinməməli olduğunuz 3 rəng



 

İş müsahibəsinə qatılmaq ümidverici olsa da, bu, çox stresli bir prosesdir, buna görə də iş axtararkən atdığınız hər addımı planlaşdırmalısınız. Məsələn, dediklərinə diqqət etməli, saç düzümünü yaxşı düşünməli, nə geyinəcəyinizi, hətta hansı rəngdə geyinəcəyinizi strateji olaraq təyin etməlisiniz. Rənglərin insanlara güclü təsiri var, ona görə də bu işi əldə etmək istəyirsinizsə, ən yaxşısı ağıllı qərar verməkdir.

Reklam və ya ictimaiyyətlə əlaqələr kimi yaradıcı sektorlarda rəng seçimində daha çox alternativiniz var, ancaq digər sektorlar üçün bunu demək mümkün deyil. Buna görə də müsahibəyə getməzdən əvvəl şirkətin korporativ mədəniyyəti ilə bağlı bir az detektiv iş görmək yaxşı fikir ola bilər. Mümkünsə, əvvəllər həmin şirkətdə işləmiş dostunuzla məsləhətləşə və ya işə qəbul üzrə mütəxəssisdən məsləhət ala bilərsiniz.

İş müsahibəsinə gedəndə bu rəngdə geyimlər geyinməməlisiniz:

Narıncı

Narıncı rəngi "ən etibarsız rəng" kimi təsvir olunur. İlk baxışdan etibarın olmaması potensial bir işçi olaraq istədiyiniz son şeydir. “Harris Interactive Research Company”nin “CareerBuilder” üçün keçirdiyi sorğunun nəticələri ortaya çıxarıb ki, işəgötürənlərin 25 faizi namizədlərin üzərində narıncı rəng görmək istəmir və onların fikrincə, bu görüntü mütləq “qeyri-peşəkar” imic yaradır.

Qırmızı

Müsahibəyə sevdiyiniz qırmızı paltarı geyinmək istəyirsinizsə, yenidən düşünün. Çünki qırmızı riskli rənglərdən biridir. Qırmızı geyinəndə insanlar ya səni sevir, ya da nifrət edir. Parlaq rənglər çox güclü emosiyalar doğurur və iş müsahibələrində ümumiyyətlə müsbət qarşılanmır. Əslində, müsahibələrə gedərkən edə biləcəyiniz ən yaxşı seçim aydın görünən və diqqəti cəlb edən rənglərdən uzaq durmaqdır.

Qəhvəyi

Qəhvəyi ən təhlükəsiz rəng kimi tanınır, lakin təəssüf ki, bir çox işəgötürən bununla razılaşmır. Etibarlılıq və rahatlıqla bağlı olan qəhvəyi, işin sürətlə aparıldığı bir şirkətdə mənfi rəy yarada bilər. İnsan beynində yaratdığı “köhnə” obraza görə qəhvəyi rəng yeniliklərə müqavimət göstərən, dəyişməyə qapalı, risk etməyən insanlarla əlaqələndirilir. 

© Valyuta