Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, "Bilgəh" sanatoriyası da COP29 iştirakçılarını qəbul edəcək
"Kurort" ASC-nin prezidenti hazırlıq işlərinə şəxsən nəzarət edir.
Uzun fasilədən sonra tale mənə "Bilgəh" sanatoriyasında müalicə olunmaq qismət etdi. Adətən, "qismətdən artığına sahib olmaq mümkün deyil" atalar sözü belə yerdə həmişə köməyimə çatır. Mən də illərin sınağından çıxarmış və müdrik kəlama çevrilən atalar sözündən iştifadə etməyi çox xoşlayıram. Nə isə...
Gəlin, əsas mövzudan uzaqlaşmayaq. "Kurort" ASC-nin nəzdində fəaliyyət göstərən "Bilgəh" sanatoriyasında müalicə və istirahət etmək imkanının yaratdığı şəraitdən istifadə edərək yazı hazırlamaq fikrinə düşdüm.
Hazırda ölkə mediasında ənənəyə çevrilən tərif janrına çox az hallarda müraciət etsəm də, açıq deyim ki, "Bilgəh" sanatoriyasının baş həkimi Muxtar Əhmədovun, həkimlərin, tibb bacılarının, digər xidmət edənlərin xəstə insanlara göstərdiyi mehriban, xoş münasibəti ən yaxşı müalicə hesab edirəm.
Azərbaycanda hamı, əsasən, yaşlı insanların müalicə və istirahət etməyə çalışdığı "Bilgəh" sanatoriyası əvvəlki illərdən tam fərqli olaraq bir çox beynəlxalq standartlara tədricən uyğunlaşdırılır. Tibbi avadanlıqlar yenisilə əvəz olunur, otaqlar yüksək keyfiyyətli yataq, mebel dəstlərilə təmin edilir. Bu gün "Bilgəh" sanatoriyasında 200-dən çox insan ən yeni tibbi üsullarla müalicə olunur desək, səhv etmərik.
Eyni zamanda qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərişilə hazırda "Bilgəh" sanatoriyası 2024-cü il noyabr ayının əvvəlində Azərbaycanda keçiriləcək dünyada iqlim dəyişikliyinə həsr olunacaq COP29 iştirakçılarını qəbul etmək üçün hazırlanır. Hazırlıq işlərinə həftə ərzində "Kurort" ASC-nin prezidenti Ə. Ağasıyev, gündəlik olaraq sanatoriyanın baş həkimi M. Əhmədov və baş həkimin təsərrüfat işləri üzrə müavini Elnur Əhmədov şəxsən nəzarət edirlər.
"Bilgəh" sanatoriyasında müalicə olunan və istirahət edən insanların söhbətlərinə əsasən, sanatoriyada çalışan həkimlər, tibb baçıları insanlara diqqət və qayğı ilə yanaşırlar. Xüsusən həkim İradə xanımın, tibb bacısı Raya Əliyevanın insanlara xidmətindən məmnun olduqlarını bildirdilər.
"Bilgəh" sanatoriyasında müalicə olunan və istirahət edənlərin daim şikayətləmdiyi yeməkxana və mətbəxdə də durum müsbət mənada çox dəyişib. Xüsusən "Kurort" ASC prezidentinin təşəbbüsü ilə Vidadi Məmmədovun "Bilgəh" sanatoriyasın baş aşpaz təyin edilməsindən sonra yeməklərin keyfiyyəti yaxşılaşıb və çeşidləri artıb.
Bir sözlə, nəhayət ki, Azərbayacanda da normal müalicə olunmaq və istirahət etmək üçün "Bilgəh" sanatoriyasının xidmətlərindən istifadə etmək məsləhətdir.
Təəsüf ki, sanatoriyada işləyənlərin əmək haqqı çox aşağıdır...
Tapdıq Abbas
Qarabağ müharibə veteranı, ikici qrup əlil