Türkiyədə dəhşətli yanğın: 5 nəfər öldü, 44 nəfər xəsarət aldı



 

Türkiyənin Çınar-Mazıdağı rayonları arasında güclü küləş yanğını baş verib.

SeherXeber.org xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla 44 nəfər yaralanıb.

Yanğının qarşısını almaq üçün əraziyə müvafiq qurumların bölmələri cəlb edilib.