Putin Kim Çenə sürücülük etdi - VİDEO



 

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı yaxşı avtomobil idarə etməsi ilə təəccübləndirib.

SeherXeber.org xəbər verir ki, Putin Kim Çen Ina hədiyyə etdiyi yeni “Arus” markalı zirehli rəsmi maşının sükanı arxasına əyləşərək paytaxt Pxenyanı dolaşıblar. 

Putinin sükan arxasına keçməsi isə dünya mediasının gündəmini zəbt edib. 

Putinin məharətlə avtomobil idarə etməsi Şimali Koreya liderini təəccübləndirib və o bu təəccübünü gizlədə bilməyib.