Qırğızıstan ixraca qoyulan qadağanı götürdü



 

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədən qızıl konsentratının və filizinin ixracını qadağan edən fərmanı ləğv edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun imzaladığı sərəncama əsasən “Qızıl filizi və qızıl konsentratının ixracına müvəqqəti qadağa tətbiq edilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli fərman qüvvədən düşür”, - məlumatda deyilir.

Mətbuat xidməti vurğulayıb ki, prezidentin sərəncamı rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.