Bank sədri Qarabağdakı layihələrə ayrılan kreditləri açıqladı



 


Son üç ildə "Paşa Bank" Qarabağdakı layihələrə ümumilikdə 120 mln manata yaxın kredit ayırıb.

Bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O kreditin daha çox ayrıldığı sahələri açıqlayıb:

"Sözügedən kreditlər daha çox tikinti və infrastruktur sahələrinə ayrılıb. Həmçinin Ağdamda sənaye müəssisələrinin maliyyələşməsi də əsas layihələrə daxildir".