Kişi itini güllələyib intihar etdi



 

Aprelin 29-da Araqatsotn vilayətində faciəli hadisə baş verib.

Lent.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, polisə Parpi kəndi yaxınlığındakı əkin sahəsində kişi meyitinin tapılması barədə əməliyyat məlumatı daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yanında odlu silah, meyitin yanında isə səbətdə ölü it tapılıb.

Polis və müstəntiqlər müəyyən ediblər ki, ölən şəxs 55 yaşlı İrəvan sakini Alen Ts.dir.

Mərhumun yaxınları bildiriblər ki, həmin şəxs telefonla onlara yerini göstərən mesaj göndərib. Yaxınlarının dediyinə görə, kişi daha sonra iti vurub, sonra intihar edib.