"Instagram"a yeni süni intellekt funksiyası gəlir



 

Texnologiya nəhəngi "Meta"nın ilk olaraq "WhatsApp"da aktiv olan "Meta AI" söhbət botu artıq "Instagram"da da mövcud olacaq.

"Ölkə.Az" xəbər verir ki, hazırda beta istifadəçiləri üçün əlçatan olan funksiyadan tezliklə bütün "Instagram" istifadəçiləri istifadə edə biləcək.

"Meta AI" ilə söhbət etmək "Instagram DM" vasitəsilə bir dostla yazışmadan fərqlənməyəcək. "Instaqram"da aktivləşdirilən və "ChatGPT" kimi söhbət edə biləcəyiniz bu süni intellektin əslində "WhatsApp"a əlavə olunandan heç bir fərqinin olmadığı deyilir.

"Meta"nın süni intellekt botuna öz dili olan "Llama 2" daxildir. "Meta" hazırda "Llama 3" süni intellekt dilini inkişaf etdirmək prosesindədir. 

Könül
Ölkə.Az