"Zirə" Tovuzda qalib gəldi, ikinci pilləyə yüksəldi



 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti matçı baş tutub.

SeherXeber.org xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Günün digər matçında "Araz Naxçıvan" – "Sabah" görüşü keçiriləcək.