Ramazan bayramı günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ



 

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelın 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

Ölkə.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: "Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək".

"Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.