Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill 



 

"Crocus City Hall"da törədilən terror aktı ilə Rusiyanın bədxahları ölkənin iki ənənəvi dini olan xristianlıqla və İslamı bir-birinə qarşı qoymağa çalışıblar.

Ölkə.Az xəbər verir ki, bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kirill terror aktını şərh edərkən deyib.

“Rusiyanın bədxahları miqrasiya vəziyyəti ilə bağlı daxili problemlərdən, o cümlədən radikal islamçı amilin köməyi ilə ölkəmizdə millətlərarası münasibətləri gərginləşdirərək istifadə etməyə çalışıblar. İki ənənəvi dini bir-birinə qarşı qoymaq, insanları dini prinsiplərə görə bölmək, həmçinin bir-birinə qarşı qoymaq cəhdi edilib”, - patriarx bildirib.

Mürtəza
Ölkə.Az