Gündəm olan icra başçısı yumurta ilə görüntüləndi 



 

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Seymur Orucov ötən ay keçirilən toy mərasimindən sonra ilk dəfə rəsmi tədbirə qatılıb.

İqtisadiyyat.az xəbər verir ki, o, Novruz bayramı münasibəti ilə təşkil olunan ümumrayon tədbirdə iştirak edib.

SeherXeber.org xatırladır ki, ötən ay S.Orucov tanınmış tele-aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurub. Onların nikaha girməsi, yerli medianın gündəm mövzusuna çevrilmişdi.

Bundan öncə isə icra başçısı Xocalı soyqırımının ildönümündə sözügedən rayonda tədbirdə gözə dəyməməsi ilə diqqət çəkmişdi.