Onları susdurmaq üçün "Tikim sizin ağzınızı" yazdım, gicdirlər - Elza Seyidcahan



 

"Təsadüfən deməzdim, sadəcə, məni məcbur etdilər. Qarşımda danışan insanları bəzən gic, özümü isə bic adlandırıram".

SeherXeber.org xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan aktyor-aparıcı “Qapqara” verilişində müzakirələrə səbəb olan “Tikim sizin ağzınızı” şeirinini yazılma səbəbini açıqlayıb.

O, aparıcı Kamran Ağabalayevin "sizin şeirlərinizin səslənişi söyüşləri yada salır, cəmi bir hərfi dəyişməklə, söyüşə keçmək olur, bu, təsadüfdürmü" sualına cavab verib.

"Giclər nə qədər danışacaqlar, biclər o qədər yazacaqlar. Mübariz müəllim şairlərlə bağlı yarış yaratmışdı. Məni oraya münsif kimi dəvət edəndə getdim. Gördüm jurnalistlər mənə yazır ki, sizi çox tənqid edirlər, feysbuk dağılır, sizin üstünüzdə dava-dalaşdır. Mən də dedim ki, tikim sizin ağzınızı qırxayaq kimi, dartım sizin sapınızı barama kimi. Belə şeir yarandı", - o deyib.