Professorun əməliyyat otağındakı görüntüsü gündəm oldu - VİDEO



 

İstanbul Cerrahpaşa Tibb Fakültəsi xəstəxanasında yayılan görüntülər gündəm olub.

Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, xəstəxananın professoru əməliyyata əlcək, maska ​​və papaqsız daxil olub.

Sterilizasiya qaydalarına məhəl qoymayan professor ona xəbərdarlıq edən tibb bacılarına qəzəblənib:

“Mən qaydalara əməl etmirəm. Xəstə mənimdir. İşinizə qalmayıb çox bilmiş tibb bacıları”.

Əlcəksiz cərrahi alətləri tutan professor bir müddət xəstənin yanında qaldıqdan sonra əməliyyat otağını tərk edib. Sonra eyni qaydada əməliyyat masasına qayıdıb və cərrahi alətləri götürərək əməliyyatı davam etdirib.

Həkimin öd kisəsindən əməliyyat olunan xəstənin sağlamlığını riskə atdığı görüntülər mobil telefon vasitəsilə lentə alınıb.

Qeyd edilir ki, xəstəyə qeyri-steril alətlə və ya çılpaq əllərlə toxunmaq ölümcül nəticələrə səbəb ola bilər.

Günay