Ombudsman PA-nın işgəncəli zorakılığına müvəkkillik edir



 

PA-nın  işçisi Səmayə Əliyeva özbaşınalığı Prezidentin adından edir?

05 iyul 2024-cü ildə PA-nın Vətəndaş Qəbulu Mərkəzinin  39-cu otaqda xidmət, daha düzü,  şiddət göstərən Səmayə Əliyeva və özlərini təqdim etməyən anonim əlaltılarının növbəti dəfə Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən müraciət hüququna zorakı qadağa qoymasından elə həmin gün Ombudsmanın 916- çağrı mərkəzinə şikayətə aparat rəhbəri Aydın Səfixanlının 10.07.2024 tarixli cavabı ölkədə insan hüquqlarının qorunmadığını tam çılpaqlığı ilə ortaya qoyur. Dırnaqarası hüquq müdafiəçiliyinə-müvəkkilliyinə baxın, Ombudsman ( Aparatı) Azərbaycan Respublikasının Prezidentinin kim olduğunu bilmir!(?) PA-nın Vətəndaş Qəbulu Mərkəzinin etik davranış normasını pozan, özbaşınalıq edən sıradan qəbula yazanı Səmayə Əliyevanı Prezident sayan Ombudsmandan nəsə gözləməyə dəyərmi?

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 1-ci dərəcəli Qarabağ əlilinə PA-nın Vətəndaş Qəbulu Mərkəzinin işçisi Səmayə Əliyevanın iki ildir şiddət göstərməsinə, işgəncə verdirməsinə , Prezidentin Təhlükəsizlik Xidmətinin, polisin  anonim əməkdaşlarını da qanunsuzluğuna cəlb etməsinə cavabına baxın: “ Sizin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsmanın) Çağrı Mərkəzinə etdiyiniz 05.07.2024 tarixli müraciətinizə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.6-CI MADDƏSİNƏ ƏSASƏN müraciətiniz OMBUDSMANIN SƏLAHİYYƏTİNƏ AİD DEYİLDİR.”

Bəs bu Konstitusiya Qanununun 1.6-cı maddəsində nə yazılıb ki, Ombudsman qanunla üzərinə qoyulan hüquq müdafiəçiliyini, müvəkkilliyini etməkdən imtina edir? Ombudsman haqqında qanunun 1.6 maddəsi: “ Azərbaycan Respublikasının PREZİDENTİNİN, ...deputatların, ...hakimlərin FƏALİYYƏTİNİN YOXLANILMASI MÜVƏKKİLİN SƏLAHİYYƏTLƏRİNƏ AİD DEYİL.”

Ombudsmanın (Aparatının) özü haqqında qanundan bilgisizliyi üzə çıxır. 21 ildir Azərbaycan Respublikasının Prezidentinin İlham Heydər oğlu Əliyev olduğunu Ombudsman (Aparatı) bilmir? Bilsəydi, PA-nın Vətəndaş Qəbulu Mərkəzinin  özbaşınalığını Prezidentin fəaliyyəti kimi təqdim etməzdi. Ayıbdır, belə hüquq müdafiəçiliyi olar?

Ombudsmanın ( Aparatının) müvəkkillikdən necə və neçəyə imtina etməsinə Prezident, deputatlar, məhkəmə (hakimləri) qiymət verməlidir. Di gəl, Aydın Səfixanlı iddia edir ki, Prezident elə  Səmayə Əliyevanın özüdür, deputatlar  buraxılıb, hakimlər sifariş gözləyir. İstənilən halda, PA-nın özbaşınalıq edən, vicdansız davranış sərgiləyən işçisi Səmayə Əliyeva, onu qoruyan Ombudsman ( Aparatı) məhkəməyə çəkiləcək.

Görək, ölkədə Prezident kimdir, Ombudsman məmur özbaşınalığını qoruyur, yoxsa insan hüquqlarını?

Məğrur Bədəlsoy

SeherXeber.org