Meyxananı qorumaq üçün dilinizi qoruyun - Namiq Qaraçuxurlu



 

"Təəssüflər olsun ki, hətta bəzi meyxanaçılar, bəzi meyxana həvəskarları meyxananı o qədər dar çərçivədə dərk edirlər ki, vaxtı ilə bu hadisələrin realda baş verdiyini hələ də ağılları həzm edə bilmir. Heç yuxudada görə bilmirlər. Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır". 

SeherXeber.org xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Meyxana yalnız nə qəzəl, nə musiqi, nə gülüş məkanı, nə əyləncə, nə drama, nə mərsiyə, nə rozə, nə də başqa bir şeydir. Bu janrların əksəri özlüyündə möhtəşəmdir, lakin meyxana bütün bunların ən şirin, cana yaxın tərəfini özündə ehtiva etmək bacarığı olan sənətdir. Meyxana bununla meyxanadır. Sadaladığım hər bir janrın əksər müştəriləri meyxanadan həzz payı ala bildiyi üçün meyxana bütün qadağalara rəğmən heç vaxt kutləviliyini itirməyib. Meyxananı sevə-sevə çərçivəyə salıb məhv etməyin lütfən. İstedadlı və ya həvəskar olmaq hələ geniş təfəkkürə sahib olub təbliğat aparmaq üçün kifayət deyil. Düşüncənizi, dünya görüşünüzü zənginləşdirin mütləq. Meyxananı qorumaq üçün dilinizi qoruyun, amandır”, - deyə paylaşımında yazıb.