İsrail ordusu qaçqın düşərgəsində gizlənən 100-dən çox silahlını məhv edib



 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliyyə qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.

Bu barədə İsrail Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.

Onun sözlərinə görə, HƏMAS-ın Cəbəliyyə düşərgəsindəki yeraltı infrastrukturu da aşkar edilərək məhv edilib:

“Əməliyyat 100-dən çox terrorçunun məhv edildiyi gərgin döyüşlərdən ibarət idi. Bundan əlavə, yüzlərlə silah aşkar edilərək götürülüb və məhv edilib”.