28 yaşlı qadın siçan dərmanı içdi, vəziyyəti ağırdır



 

Lənkəranda intihara cəhd olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində baş verib. 1995-ci il təvəllüdlü Tünzalə Şəmsi qızı Şıxcanova siçan dərmanı içərək intihara cəhd edib.

T.Şıxcanova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ailəli olan 28 yaşlı qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.