Arvadını balta ilə qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb



 

Gədəbəydə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elməddin Abdullayevin cinayət işi üzrə məhkəmə arşadırması davam edir.

"Ölkə.Az" xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılır.

İş üzrə növbəti məhkəmə baxış iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun ölümünə səbəb olmaqda şübhəli bilinən həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayev saxlanılıb. E.Abduallayeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.