Beyləqanda qədim binanı sabiq deputat xarabazara çevrib - Rayon ziyalılarının etirazı eşidilmir...



 

Beyləqanlılar şəhərin qədim arxitektura nümunələrinin tamahgir məmurların tərəfindən tapmar edilib, dağıdılmasından, xarabazara çevrilməsindən çox qəzəblidirlər.

Azərbaycan müstəqillik qazandıqdan sonra rayon əhalisi düşünürdü ki, qədim, Orta əsr yadigarı, yəni XII əsrdə ölkəmizin böyük mədəniyyət və ticarət mərkəzlərindən biri sayılan, xalqımızın böyük şairi Nizami Gəncəvinin yaxın dostu, müassiri və həmkarı olmuş Mücrəddin Beyləqani kimi dahi insanın doğulub, böyüdüyü qədim Beyləqanın əvvəlki görkəmi yenidən özünə qayıdacaq.

Lakin təəssüf ki, rayon əhalisi XII -XIII əsrlərdə monqol-tatarların hücumuna məruz qalmış, dağıdılıb, yerlə yeksan edilmiş, sonuncu insanı belə, öldürüldükdən sonra "Örənqala" (burada "örən" sözü "insansız" mənası daşıyır və viran qalmış qala mənasında işlədilir) adlandırılmış Beyləqan şəhərinin yeganə qədim tarixi binası RİH başçısı tərəfindən və 2010-cu ildə sabiq PA rəhbəri Ramiz Mehdiyev tərəfindən (5 milyon manat rüşvət müqabilində) rayon əhalisinə saxta deputat kimi sırınmış Ayaz Quluyev tərəfindən özəlləşdirilərək əsil xarabazara çevrilib.

Qədim Beyləqanı Jdanov (Beyləqanı bolşevik Jdanovun adını əbədına ləşdirmişdilər) adlandıraraq, 1936-cı ildə bünövrəsi qoyulan, ilk olaraq Rayon Partiya Komitəsinin binası kimi istifadə edilib, sonralar uzun müddət RXMŞ-nın, Rayon Ticarət İdarəsinin (Fərman Xiduyevin, o həbs olunduqdan sonra isə RKK-nın I katibi Bəhrəm Fərmanov sədri olublar) və nəhayət, müstəqillik dövründə isə Beyləqan Şəhər Bələdiyyəsinin binası kimi istifadə olunub.

Sabiq bələdiyyə üzvlərinin dediyinə və özəlləşdirmə sənədlərinə əsasən, o zamankı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən Beyləqan Şəhər Bələdiyyəsinə sədri təyin olunmuş Bakir Balakişiyev qədim binanını başçının tapşırığı ilə Ayaz Quliyevə çox ucuz qiymətə "özəlləşdirib"! Həmin qədim bina Ayaz Quliyev tərəfindən uçurulub, tam yarasız hala salınıb, xarabazara çevrilib və 10 ildən çoxdur ki, Beyləqan əhalisinin gözdağına çevrilib...

Beyləqan Rayon İcra Hakimiyyətinin yüz metrliyində yerləşən həmin bina Ayaz Quliyev tərəfindən dağıdılıb, xarabazara çevrilib! Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan ölkənin hər yerində quruculuq işləri apardığı halda, 5 ildir Beyləqana icra başçısı təyin olunmuş Asif Ağayevin heç vecinə də deyil, "Araz ağışımdan, Kür də topuğumdan deyib", aylıq hesabını alıb, kabinetdəki vəzifə kreslosunda əyləşib, mürgüləyir!

Həmin qədim binamın hazırkı vəziyyətinin fotolarını aşağıda təqdim edirik: