Oktyabrın sonunda Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir



 

Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar X-dəki (tviter) mikrobloqunda yazıb.

“Mən Bakıdan və İrəvandan qayıtdım, orada hərtərəfli normallaşma istiqamətində gələcək addımları müzakirə etdim. Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə bu qarşılıqlı fəaliyyətin gücləndiriləcəyini gözləyirəm”,- Klaar yazıb.