Ən çox qazanan futbolçu oldu



 

Səudiyyə Ərəbistanının “Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin sonuna kimi 260 milyon dollar qazanacaq.

Bu barədə “Forbes” yazıb.

Nəşrin məlumatına görə, 38 yaşlı forvard peşəkar futbolçular arasında gəlirinə görə birinci yerdədir. Müqavilə üzrə qazanc 200 milyon dollar təşkil edir. Ronaldo promosyonlarda iştirak üçün daha 60 milyon dollar alır.

Ondan sonra 135 milyon dollar gəlirlə argentinalı Lionel Messi gəlir. Üçüncü yeri yeni mövsümdən “Əl-Hilal”da çıxış edən və 112 milyon dollar qazanan braziliyalı Neymar tutub.

İlk 5-liyə PSJ-dən Kilian Mbappe və “Əl-İttihad”dan Kerim Benzema düşüb.