İsrail parlamenti təsdiqlədi: fövqəladə hökumət yaradılır



 

İsrail Knessetinin (parlamenti) üzvləri Qəzza zolağı ətrafında aktiv hərbi əməliyyatların başlanması kontekstində vahid fövqəladə hökumətin yaradılmasını təsdiqləyiblər.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 66 deputat müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasının tərəfdarı olub, bir dənə də olsun parlamentari bunun əleyhinə səs verməyib.