PSJ-dən Holand üçün fantastik təklif



 

“Real Madrid” və PSJ “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etmək istəyir.

Paris təmsilçisi norveçli forvard üçün 200 milyon avro ödəməyə hazırdır. Bu, Lionel Messi, Serxio Ramos və Neymarın klubdakı gələcəyinə təsir edə bilər.

“Real Madrid” isə PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək planı üzərində işləməyə davam edir, lakin paralel olaraq Holandı alternativ kimi düşünür.

“Mançester Siti”nin hücumçusunun 200 milyon avroluq sərbəstqalma şərti 2025-ci ilin yayında aktivləşəcək.

22 yaşlı hücumçu bu mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 36 oyunda 39 qol vurub.//oxu.az