Dünyanın ən böyük qurbağası görənləri heyrətə gətirdi - FOTO



 

Avstraliyanın şimalındakı tropik meşədə tapılan qurbağa indiyə qədər müəyyən edilmiş Rhinella marina növünün ən böyük üzvüdür.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, ortalama bir qurbağadan 6 dəfə ağır olan bu qurbağa 2,7 kq-dır.

Mütəxəssislər tərəfindən tutularaq mühafizə altına alınan qurbağaya Toadzilla adı verilib.

Toadzillanın neçə yaşında olduğu bilinməsə də, bu növün 15 ilə qədər yaşaya biləcəyi məlumdur.

Qeyd edək ki, indiyə qədər ən böyük qurbağa 1991-ci ildə Ginnesin Rekordlar Kitabına düşən İsveçdə tapılan 2,65 kq-lıq Prinsen qurbağası idi. Toadzilla 2,7 kq çəki ilə bu rekordu yeniləməyə namizəddir.

Günay