Afrikalı futbolçu “Neftçi” ilə vidalaşdı - FOTO



 

Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran seneqallı futbolçus Mamadu Mboc “ağ-qaralar”la vidalaşıb.

30 yaşlı müdafiəçi bununla bağlı “Instagram” səhifəsində video paylaşıb.

“Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün “Neftçi”yə ürəkdən təşəkkür edirəm”, - afrikalı oyunçu yazıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mboc 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/2022 mövsümündə Azərbaycan çempionu olub.