"WhatsApp" naməlum nömrələri bloklamaq üçün qısa yol yaradır



 

"WhatsApp"da naməlum nömrədən gələn mesajların qarşısını almaq üçün daha qısa yol yaradılır.

SeherXeber.org xəbər verir ki, Trend-in məlumatına görə, yeni funksiya bildiriş qutusunda mesajı cavablandırma və səsi söndürmə seçimləri ilə yanaşı bloklama imkanı da verəcək.

Bununla da istifadəçilər naməlum ünvanlardan gələn mesajların qarşısını praktiki olaraq alacaqlar. Bloklama funksiya yalnız naməlum nömrələrdən daxil olan mesajlar üçün mümkün olacaq. Təhlükəsizlik üzrə sınaqdan keçirilmiş bu funksiyanın stabil versiyaya nə vaxt gələcəyi bəlli deyil.