KİV: Ronaldo "Əl-Nasr" klubu ilə müqavilə imzaladı



 

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə müqavilə imzalayıb.

SeherXeber.org xəbər verir ki, bu barədə "Аl-Arabiya" məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.

Qeyd etmək lazımdır ki, "Əl-Nəsr" son komandası “Mançester Yunayted” olan ulduz futbolçuya yeganə namizəd idi.

37 yaşlı Ronaldo bu ilin noyabrından komandasız qalıb. Qətərdə keçirilən dünya çempionatı ərəfəsində jurnalist Piers Morqana müsahibəsində o, “Mançester Yunayted”in məşqçilər korpusunu, rəhbərliyini və siyasətini açıq şəkildə tənqid edib. Bundan sonra klub futbolçu ilə müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib. 

Elvin

SeherXeber.org