“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb



 

“Mançester Siti”nin futbolçusu Ederson yeni rekordla İngiltərə Premyer Liqasının tarixinə düşüb.

SeherXeber.org -ın məlumatına görə, braziliyalı qapıçı “şəhərlilər”in heyətində 197-ci oyununda 150-ci qələbəsini qazanıb.

O, bunu XVII turda “Lids”lə səfər görüşündə (3:1) bacarıb. Ederson Premyer Liqada 150 qələbəyə ən qısa müddətdə çatan oyunçu olub. Ona qədər rekord “Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evraya məxsus idi. Fransalı 213-cü görüşündə 150-ci qalibiyyətini qeyd edib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne (215 oyun) bu siyahıda üçüncü yeri tutur.

Növbəti pillələrdə “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo (216) və “Çelsi”nin əfsanəvi qapıçısı Petr Çex (217) qərarlaşıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda 35 xalla turnir cədvəlinin 2-ci pilləsində gedir.