Zamanla Barış!



 

 
ZAMANLA BARIŞ
***
Alışdım dünyanın qüssə-qəminə,
Gəl alış əzizim, sən də gəl alış.
Həsrətlə baxmayaq, vüsal dəminə,
Bu odsuz ocağa, gəl sən də qarış,
Alışdım əzizim, gəl sən də alış.
***
Dözək bu dünyada dərdə, möhnətə,
Bu yolda qoymayaq ömür-gün itə.
Kim istər vüsalı sonsuzla bitə?
Vüsala yetməyə, gəl sən də çalış, .
Həsrətdən alışdım, sən də gəl alış.
***
Qoşulaq zamanın gedişatına,
Əyləşək zamanın başsız atına.
Dolanaq dünyanın yeddi qatına,
Ömürdən yadigar qalsin bu yarış,
Biz saydıq bir yana, fələk nə saymış?
***
Bir ömür yaşarıq gün saya-saya,
Ömür saman deyil sovur havaya,
Getdimi, bir daha, gəlməz dünyaya,
Bir taleh yazıdı üzdəki qırış,
Gəl əziz həmdəmim, zamanla barış
***
Acılı-şirinli gün keçirmişik,
Bağ baxça əkmişik, su içirtmişik,
Vətənin qoynunda gül bitirmişik.
Ruh verər ruhuma səndəki baxış,
Gəl danış əzizim, sən də gəl danış.
***
Zillətdə keçsə də baharım-qışım,
Şükür, ömür sürdüm,az deyil yaçım,
Yolum haqq yoludu, ağrımaz başım.
Uyma haqsız yola, haqq işdən yapış,
Barış KƏRİMOĞLU, zamanla barış.
 
Allahverdi Kərimoğlu
SeherXeber.org