“Google” işçilərin kütləvi ixtisarını planlaşdırır



 

ABŞ-nin “Google” şirkəti (“Alphabet Inc”in bir hissəsi) ən pis faydalı iş əmsalı (KPI - Key Performance Indicator) göstəricilərinə malik 10 000 işçini və ya işçilərin ümumi sayının 6%-ni ixtisar etmək niyyətindədir.

SeherXeber.org xəbər verir ki, bundan əvvəl bir çox digər İT nəhəngləri, o cümlədən “Meta”, “HP Inc.” və “Cisco Systems Inc.” də genişmiqyaslı ixtisarlar barədə bildiriblər.

“Google” nümayəndələri mümkün ixtisarlarla bağlı şərh verməyiblər.

“Google” sektorun digər şirkətləri kimi xidmətlərinə tələbatın kəskin artması fonunda koronavirus pandemiyası zamanı işçilərin sayını fəal şəkildə artırdı. Bu da öz növbəsində əməliyyat xərclərinin çoxalmasına səbəb olub.