“Bir yandan Fransa, bir yandan İran, o biri yandan da Rusiya göndərir fərman...” – Siyavuş Novruzovdan çağırış



 

Bölgədən hələ də barıt qoxusu gəlir. Odur ki, büdcədə müdafiə və təhlükəsizlik sahəsində vəsait daha artırılmalı və buna aydınlıq gətirilməlidir.

SeherXeber.org ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hökumət əsas diqqətini bu sahəyə yönəltməlidir. 

“Bölgədən barıt iyi gəldiyindən təhlükəsizliyimizin daha etirablı şəkildə təmin olunmasına nail olmalıyıq. Təsadüfən deməyiblər, bir yandan Fransa, bir yandan İran, o biri yandan Rusiya verir fərman... Odur ki  bu sahə ilə ciddi məşğul olmalıyıq. Bu işdə cəmiyyət olaraq hökumətin gördüyü işi dəstəkləməli və bir mərkəzə vurmalıyıq”, - o qeyd edib.

Mürtəza
SeherXeber.org