Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı



 

Ötən gün şəhid olan Azərbaycan ordusunun hərbçilərinin xatirəsinə ehtiram əlaməti olaraq, Şuşada “Muğam” müsabiqəsinin qala-konserti təxirə salınıb.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Məlumata görə, qala-konsertinin vaxtı dəyişdirilib və bu barədə ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, qala-konsertdə bugünədək keçirilən 8 “Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxışı nəzərdə tutulurdu.