Rus ordusunun Ukraynadakı inanılmaz itkisi



 

35 min canlı qüvvə, on mindək texnikasını məhv edib.

İyunun 27-dək rus ordusu Ukraynada 35.000 nəfər hərbçi, 1500-dən artıq tank, 217 təyyarə və 158 helikopter itirib.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Məlumatda deyilir ki, rus ordusu ən böyük itkilərini Baxmut və Kuraxovski istiqamətlərində verib.

Rus ordusunun  fevralın 24-dən iyunun 17-dək Ukraynada təxminən 1552 tankı, 3687 zirehli döyüş maşınları, 771 artilleriya sistemləri, 243 MLRS, 101 hava hücumundan müdafiə sistemləri, 217 hərbi təyyarəsi, 184 helikopteri, 636 PUA-sı, 139 qanadlı raketi, 14 gəmi/qayığı, 2575 avtomobil avadanlığı və tankerləri, 60 xüsusi avadanlığı məhv edilib.

Məlumatda o da qeyd olunur ki, rus ordusu hazırda Lisçansk şəhərini mühasirəyə almaq cəhdlərini davam etdirib, işğal olunmuş ərazilərdə mövqelərini möhkəmlətməyə çalışır.

Mürtəza
SeherXeber.org