Şolts ərzaq böhranında Putini ittiham edib



 

Yaxınlaşan ərzaq böhranı ilə bağlı "Putinin narrativi"nə irad tutmaq lazımdır.

SeherXeber.org bildirir ki, bunu Almaniya Kansleri Olaf Şolts Ştutqart şəhərində Alman Katolik Konfransında deyib.

"O, bunun üçün bir ifadə tapıb. Putin həmişə bizdən qlobal Qərb olaraq bəhs edir", - Şolts bildirib.

Almaniya Kansleri qeyd edib ki, ərzaq böhranına səbəb Ukraynada davam edən müharibədir:

"Onun qızışdırdığı müharibənin səbəb olduğu ərzaq böhranına görə Putin Ukraynanın yanında dayananları günahlandırmağa çalışır".