SOCAR: İşçilərin təxliyəsi həyata keçirilib



 

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İB dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

“Azneft”dən “SeherXeber.org ”a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.