Mərkəzi Bankın valyuta ehtiyatları azalıb



 

Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin martın 31-nə rəsmi valyuta ehtiyatları açıqlanıb.

SeherXeber.org ın məlumatına görə, AMB-nin sözügedən dövrə valyuta ehtiyatları 7 136,5 mln ABŞ dolları təşkil edib.

Bu isə cari ilin fevral ayı ilə müqayisədə 0,3% (21,5 mln dollar) az, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,3% (780,3 mln dollar) çoxdur.

Könül

SeherXeber.org