“Paşa Həyat Sığorta” sahmdarlarına 20 milyona yaxın ödəniş edib



 

“Paşa Həyat Sığorta” ASC 2021-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

SeherXeber.orgın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 393,532 mln. manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 0,7% azdır. “Paşa Həyat Sığorta”nın cəmi öhdəlikləri 0,2% azalaraq ötən ilin sonunda 327,029 mln. manat olub. 

Nizamnamə kapitalı 40,250 mln manat olan sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 6,9% azalaraq 26,253 mln manat olub. Belə ki, şirkət hesabat dövründə səhmdarlarına 19,665 mln manat dividend ödəyib. Nəticədə, şirkətin cəmi kapitalı 2,9% azalaraq 66,503 mln manata çatıb.

Ötən il ərzində şirkətin əməliyyat gəliri (sığorta haqqı, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə, təkrarsığorta üzrə komissiyalar) 312,814 mln manat, xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə xərci 43,5 mln manat, investisiya gəliri 22,145 mln manat, sair gəlirləri 320,064 min manat olub və ümumilikdə cəmi gəlirləri 291,779 mln manat təşkil edib.

Əsas əməliyyat xərcləri 214,312 mln manat, işlərin aparılması xərcləri 53,850 mln manat, sair xərcləri 48 min manat olan sığorta şirkətinin cəmi xərcləri 268,210 mln manat təşkil edib.

Mənfəətindən 5,855 mln manat vergi ödəyən “Paşa Həyat Sığorta” ASC 2021-ci ili 17,714 mln manat xalis mənfəətlə başa vurub. Bu isə 2020-ci ilin yekunu ilə müqayisədə 18,6% azdır.

Könül
SeherXeber.org