Həbsxanaya hücumda ölənlərin sayı artdı



 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin və yaralananların sayı artıb.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 87 nəfər ölüb, 226 nəfər yaralanıb. Bu barədə şənbə günü Husilərin hökumətində səhiyyə nazirinin müavini olan Nəcib əl-Kubati məlumat verib.

Xatırladaq ki, dünən hücum zamanı 70 nəfərin öldüyü, 138 nəfərin isə yaralanması ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Qarşıdurma 2015-ci ilin martında daha da şiddətlənib. Müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin - respublika əhalisinin təxminən 80%-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.