Ceyhun Bayramov: "Azərbaycan Qazaxıstanın suverenliyinə hörmətlə yanaşılmasının tərəfdarıdır"



 

“Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir”.

SeherXeber.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib.

“Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir”, - nazir bildirib.