“Maqnit adam” “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün azərbaycanlı ilə yarışır - VİDEO



 

Sakaryanın Karasu rayonunda yaşayan və bədəninin müəyyən hissələrinin metalları maqnit kimi özünə çəkdiyini bildirən Süleyman Dəmirçi artıq “maqnit-adam” kimi tanınır.

SeherXeber.org xəbər verir ki, Dəmirçinin sinəsinə yapışdırdığı metal qaşıqlar, sikkələr, saatlar, üzüklər kimi bəzi əşyalar saatlarla yerə düşmədən bədənində qala bilir.

Süleyman Dəmirçi 2014-cü ildə təsadüfən bədəninə metal məmulatların yapışdığını görüb.

“Siqaret yandırarkən alışqan əlimdən düşüb bədənimə yapışdı. Bu xüsusiyyətimi o zaman kəşf etdim”,- deyə “maqnit adam” bildirib.

Dəmirçi bədəninə yapışdırdığı 50 qaşıqla adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneuliyə də meydan oxuyub. O, 90 qaşığı eyni anda bədənində saxladığını bəyan edərək, onun rekordunu qeydə almaq üçün kitabın nümayəndələrini rayona dəvət edib.