Partiya sədrinin fikri topa tutuldu - VİDEO



 

Bu gün öz uşaqlarına rus dilində təhsil verən Azərbaycan vətəndaşlarının hamısı Azərbaycan dövlətinə, onun müstəqilliyinə xəyanət edir. 

Bu fikri müzakirələrə səbəb olan ADP sədri Sərdar Cəlaloğlunun

xarici dilə qarşı belə aqressiv münasibəti heç də başadüşülən deyil. Üstəlik, rus dilinin gənc nəslə öyrədilməsini xəyanətkar addım hesab etmək ən azı qəbuledilməzdir. Çünki istənilən xarici dili mənimsəmək fərd üçün zənginlik, cəmiyyət üçün isə inteqrasiya baxımından əhəmiyyətlidir. 

Digər tərəfdən, ekspertlərin fikrincə, ölkəmizdə rus dilinə göstərilən yüksək səviyyəli münasibəti heç də bu ölkənin maraqlarının təsiri kimi qiymətləndirmək olmaz.

Ekspertlər hesab edir ki, rus dilinin tədrisi ilə bağlı Azərbaycanın ortaya qoyduğu münasibətin Rusiya tərəfindən təqdir edilməsi bizim maraqlarımıza uyğundur. Üstəlik, dil biliyini siyasi məsələyə çevirmək və bununla bağlı mənfi fikirləri cəmiyyətə təlqin etməklə xal qazanmağa çalışmaq isə qəbuledilməzdir. Təkcə onu nəzərə almaq lazımdır ki, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edənlər arasında rus əsilli vətəndaşlarımızla yanaşı, təhsilini bu dildə alan azərbaycanlılar da var idi.