Vüqar Məmmədov: “Özümüzü oyunçu kimi göstərərək işin arxasındakı güclərin planlarını həyata keçiririk”

 



 

 

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Zəngəzur dəhlizinin açılmasını region ölkələri üçün mühim olmaqla yanaşı, həm də vacib hesab edir. 

Onun sözlərinə görə, belə bir ciddi ticarət dövriyyəsinə malik olan bir dəhlizə həmin ölkələrin daha çox ehtiyac var. 

“Nəzərə alsaq ki ABŞ ın istər Çinə,istər Rusiyaya və istərsə də İrana olan basqısı həmin ölkələrin ekonomisinə ciddi ziyan vurur onda dəhlizin nə qədər əhəmiyyətli olması gün kimi aydın olur”. 

Onda sual oluna bilər ki, bəs Ermənistanın dəhlizlə bağlı mövqeyi niyə birmənalı deyil?

“Məncə keçirilən görüşlər,verilən bəyanatlar sadəcə imitasiya xarakteri daşıyır. Çünki həm Türkiyə, həm Naxçıvan, həm də Zəngilan ərazisində dəhlizin açılmasıyla bağlı aparılan tikinti işlərin miqyası dəhlizin qısa bir vaxtda tamamlanacağından xəbər verir. Əslində dəhlizin açılması, istər Azərbaycanın, istyərsə də Ermənistanın istəklərinin fövqündədir. Bizlər sadəcə həmin güc mərkəzlərinin təlimatı ilə özümüzü oyunçu kimi göstərərək işin arxasındakı güclərin planlarını həyata keçiririk.Və mümkün qədər prosesdən maksimum yararlanmağa çalışırıq.

Ümid edək ki,neft kontraktlarından fərqli olaraq Zəngəzur dəhlizindən götürəcəyimiz mənfəət ölkəmiz üçün xeyirli olacaq”. 

Şahnaz Salehqızı, SeherXeber.org