“Kalmar oyunu” məşhurluğuna görə “Taxt Oyunları”nı keçdi - FOTO
“Netflix”in Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“Squid Game”) serialı “YouTube”da populyarlığına görə HBO-nun “Taxt Oyunları”nı (“Game of Thrones”) serialını geridə qoyub.
Qeyd olunur ki, ümumilikdə videohostinqdə Cənubi Koreya teleseriallarının məzmununda pərəstişkarları tərəfindən yaradılmış rəsmi treylerlər və kliplər də daxil olmaqla müxtəlif uzunluqda 129 minə yaxın video var. Noyabrın 10-na olan məlumata görə, bu məzmunun ümumi baxış sayı 17 milyardı ötüb. Bundan əlavə, istifadəçilər videoya bəyənmə və şərhlər daxil olmaqla 533 milyon reaksiya qoyublar.
Eyni zamanda HBO hiti sayılan “Taxt Oyunları” üçün 420 000 video yaradılıb. Bununla belə, 10 il ərzində ümumi baxış sayı 16,9 milyard olub. Reaksiya sayına görə də amerikan serialı geridə qalır: bütün videoların altında 233 milyon bəyənmə, bəyənməmə işarəsi qoyulub və şərh yazılıb.
Qeyd edək ki, “Kalmar oyunu” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə ölürlər.
Squid Game has officially reached 111 million fans — making it our biggest series launch ever! pic.twitter.com/SW3FJ42Qsn
— Netflix (@netflix) October 12, 2021
Ekran işi premyerasından 25 gün sonra baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını qabaqlayıb.
Mənbə: NewsBreak