Covid-19: Vaksin vurdurandan sonra başqalarını xəstələndirə bilərsinizmi?


10
 

2009-cu il iyunun 17-də 11 yaşlı bir oğlan Britaniyadan ABŞ-a dönərkən özü də bilmədən özü ilə virus gətiribmiş. Həftə ərzində New York-un Sullivan County rayonunda bir dini təhsil proqramına qatıldığı dövrdə onun tüpürcək vəzlərində müəmmalı bir şiş əmələ gəlmişdi. O, havada damcılarla yayıla bilən respirator yoluxucu xəstəlik olan parotid və ya qulaqdibi xəstəliyinə tutulmuşdu.

Həmin dövrdə dini kurslar davam edirdi. Bu kurslarda iştirak edən 400 uşaq gün ərzində saatlarla üz-üzə oturub dərs keçirdilər, təmasda olurdular. Proqram bitənə qədər bu xəstəliyə ümumilikdə 25 nəfər yoluxmuşdu.

Tələbələr evlərinə qayıtdıqdan sonra virus Brooklyn və Rockland County, daha sonra Ocean County və Orange County rayonlarına da yayıldı. Ümumilikdə, epidemiya bir il davam etdi və ən azı 3502 nəfər həmin xəstəliyə tutldu.

Alimlər baş verənləri təhlil etdikdə, sözü gedən dərslərin "parotid virusunun sürətlə ötürülməsinə" imkan verdiyini qeyd edirdilər. 

Bu vəziyyətdə ən təəccüblüsü o idi ki, təsadüfi yayıcı, yəni oğlan qızılca, məxmərək və qulaqdibi xəstəliklərinə qarşı tam vaksinasiyadan keçmişdi. Çox güman ki, onun müəyyən dərəcədə immuniteti var idi - digər peyvənd almış uşaqlarda olduğu kimi simptomlar nisbətən yüngül idi - heç bir fəsad yox idi - amma yenə də virusu daşıyıb başqalarına ötürə bildi.

Əslində, əksər vaksinlər simptomların ortaya çıxmasına mane ola bilsə də, infeksiyadan tam qorumur. Nəticədə, peyvəndlənmiş insanlar özləri də bilmədən patogenlər daşıya və yaya bilərlər. Bəzən, hətta epidemiyaların başlamasına da səbəb ola bilərlər.

Peyvəndlə əsasən iki növ immunitet əldə oluna bilir.

Bunlardan biri "effektiv" adlandırılan immunitetdir ki, o, patogenin ciddi xəstəliklərə yol açmasının qarşısını ala bilər, ancaq bədənə daxil olmasını və ya çoxalmasını dayandıra bilməz. Digəri infeksiyaların qarşısını tamamilə ala bilən və hətta asimptomatik halların qarşısını ala bilən "sterilizasiyaedici immunitetdir". O bütün peyvənd tədqiqatlarında hədəf kimi müəyyən edilsə də, buna nadir hallarda nail olmaq mümükün olur.

Misal üçün meningiti götürək. Neisseria meningitidis bakteriyalarının səbəb olduğu növ üçün onlarla fərqli ştama qarşı bir çox peyvənd var. ABŞ-da verilən üç peyvənd - MCV4, MPSV4 və MenB - birlikdə xəstəlik hallarının 85-90% -nin qarşısını ala bilər. Bununla belə, bir neçəsinin hələ də insanlara bakteriyaları "daşımaq" imkanı verdiyi göstərilib.

Burunda və ya boğazda gizlənə bilən bu viruslar asqırma, öskürmə, öpüşmə və ya eyni siqareti başqa adam çəkməklə, eyni qab-qacaqdan istifadə olunması zamanı başqalarını yoluxdura bilər.

Britaniyada universitet tələbələri arasında keçirilmiş bir araşdırmada göstərib ki, peyvəndin dörd həftə sonra patogeni daşıyan insanların faiz göstəricisinə heç bir təsiri olmayıb.

Nottingham Universitetinin epidemiologiya professoru Keith Neal qeyd edir ki, "iki meningit peyvəndi xəstəliyin insan tərəfindən yayılıb-yayılmayacağına iki fərqli təsir göstərə bilər."

Lakin onun sözlərinə görə, "[yaxşı vaksinasiya olunmuş icmalarda] peyvənd vurulan insanlardan yalnız kiçik hissəsi meningitə tutula bilərlər, çünki immunitetə malikdirlər."

Peyvənd olunmağınızdan asılı olmayaraq, göyöskürək, hepatit B, qulaqdibi və (tez-tez, lakin həmişə yox) qripə yoluxmaq mümkündür - baxmayaraq ki, bütün bu peyvəndlər insanların ciddi simptomlara məruz qalmasının və ya xəstəxanaya yerləşdirilməsinin qarşısını almaq üçün çox təsirli olur.

Sterilizasiyaedici immunitet necə işləyir?

 

Uşaqlarını qorumaq üçün bəzi valideyinlər bəzən qeyri-adi görünən qoruyucu vasitələrdən istifadə edirlər 

Effektiv immunitet anticisimlərlə birlikdə əsasən B və T tipli hüceyrələr kimi ağ qan hüceyrələrinin birləşməsi ilə təmin edilsə də, sterilizasiyaedici immunitet ümumiyyətlə anticimlərlə əlaqəlidir. Xüsusilə bu, bədənin üst səthinə yapışaraq patogenlərdən qoruyan və burun, boğaz və ya ağciyəri örtən hüceyrələr kimi hədəfləri ilə əlaqəyə girməsinin qarşısını almaq üçün neytrallaşdırıcı antitellərə əsaslanır.

Covid-19 hadisəsində neytrallaşdırıcı anticisimlər virusu tanıyaraq hüceyrələrə girmək üçün onun istifadə etdiyi üst tikanvari zülala yapışır. Sterilizasiyaedici immunitetə nail olmaq üçün peyvənd bədənə daxil olan virus hissəciklərini tutub dərhal zərərsizləşdirmək üçün kifayət miqdarda antiteli stimullaşdırmalıdır.

SeherXeber.org