Silahlı şəxs qızıl-zinət əşyaları satan satıcı ilə əlbəyaxa oldu – ANBAAN VİDEO



 

Türkiyənin Şanlıurfa şəhərində silahlı şəxs qızıl-zinət əşyaları satılan dükana daxil olub.

Hadisə əvvəldən sonadək dükanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə satıcının silahlı şəxsə müqavimət göstərməyə cəhd etdiyi əks olunub.

Lakin qısa müddət çəkən çəkişmədən sonra satıcı vitrində olan qızıl və zinət əşyalarını salafan torbaya yığaraq maskalı şəxsə verməyə məcbur olur.

Mənbə: “Anadolu” agentliyi