“Taliban” qadınlarla kişilərin eyni təhsil alacaqlarını vəd edir


16
 

Əfqanıstanda qadınlar kişilərlə eyni proqramla təhsil alacaqlar.

Bu barədə “Taliban”nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib:

“Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri- riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar: cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq”.

Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda “zamanın dəyişdiyini” etiraf edib:

“İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib”.

Mənbə: “Corriere della Sera”