Mahir Emreli Polşa kubokunda qol vurub, komandası mərhələ adlayıb - VİDEO



 

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Legiya”nın heyətində Polşa Kubokunda ilk qolunu vurub.

24 yaşlı hücumçu “Svalki” ilə 1/32 final oyununda fərqlənib. Meydana 56-cı dəqiqədə daxil olan Emreli 80-ci dəqiqədə son nöqtəni qoyub - 3:1.

Bu qələbə sayəsində “Legiya” 1/16 finala yüksəlib.